Top.Mail.Ru
GÜNDƏM

Əli hər şeydən üzülən Aİ-nin şər oyunu – Azərbaycana qarşı qərəzin SƏBƏBLƏRİ

Avropa İttifaqının ermənipərəst siyasəti yenidən alovlanıb. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano deyib ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun da “düyməsi basılıb”.

Saytların yığılması Saytların yığılması

16827771922609012455_1200x630.jpg (85 KB)

O da açıqlamasında deyib ki, Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər məni dəhşətə gətirdi.

Rəsmi Bakıdan artıq Mixalkoya cavab verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə ölkənin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib.

XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.

Avropa İttifaqını, Fransanı narahat edən nədir? Nə üçün onlar yenidən qərəz dolu açıqlamalar yayırlar?

Heç şübhəsiz ki, buna səbəb Azərbaycan dövlətinin, prezidentin apardığı qətiyyətli siyasət, tutduğu mövqedir. Bu mövqe, siyasət Qərbin, Avropa Birliyinin, Makronun bütün planlarını alt-üst edib. Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi, separatçıları torpağından qovması üzdə sülh tərəfdarı olan terorçubaşlarını narahat edir. Onlar Ermənistanın əli ilə müxtəlif adlar altında, “sülh tərəfdarları” kimi bölgədə qalmaq, lazım gəldikdə bizə diqtə etmək istəyirdilər. Ancaq bu, baş tutmadı. Xüsusilə də Azərbaycanın apardığı 23 saatlıq əməliyyat Avropa İttifaqının, Qərbin bölgə ilə bağlı məkrli planlarını tamamilə darmadağın etdi.

Bu qərəzin əyani nümunəsi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərini pisləyən və bunun məsuliyyətini daşıyan şəxslərə sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı ilə münasibətlərinə yenidən baxmasına çağırış edən qətnamə qəbul etməsi idi.

Ona görə də Azərbaycan prezidenti haqlı olaraq ötən ilin oktyabr ayında Qranada görüşündə iştirak etmədi.

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır.

1626539809_4a644a63-3bc1-3e5f-9e.jpg (690 KB)

Həmin vaxt açıqlama verən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev demişdi ki, Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar verdi.

30 il ərzində Azərbaycanın 20 faizinin işğalı, şəhər və kəndlərin dağıdılması, yüz minlərlə insanın qovulması və soyqırıma məruz qalması heç zaman Aİ-ni narahat etmədi. Kağız üzərində sənədlər imzalandı, bölgəyə lazımsız onlarla səfərlər edildi, ancaq nəticələr hər dəfə Ermənistandan yana oldu. İndi də hansısa mifik ərazi bütövlüyünün pozulmasından danışırlar. Nəzərə çatdıraq ki, Ermənistan konstitusiyasında Qarabağa qarşı iddia hələ də qalır. Aİ də bunu gözəl bilir, ancaq susurlar.

Doğrudur, işğal başa çatıb. Ancaq Ermənistanın mina terroru səbəbindən azərbaycanlılar öz torpaqlarına geri qayıda bilmirlər.

Bu gün Qarabağ dünyanın mina ilə ən çox çirklənmiş ərazisidir. Buna hələ də göz yumulur. Ermənistan bizə mina xəritəsini vermədi. Aİ, Avropa Parlamenti, Qərbin insan haqlarından danışan təşkilatları isə bu faktların qarşısında ağızlarına su alıb oturdular.

Real dağıntılar, real işğal, real deportasiya və soyqırımı görməyib “mifik” təhdidlərə görə Azərbaycana “xəbərdarlıq” edirlər. Bu, ikili standartlar siyasətidir və illərdir ki, davam edir.

İndi də Qərbi narahat edən məsələ Azərbaycanda keçiriləcək prezident seçkisidir.

Bu gün Azərbaycan prezidentinin xalqın tərəfindən çıxış etməsi “səlibçi”ləri bərk narahat edir. Təbii ki, vətənini, xalqını sevən, dövlətinin mənafeyini üstün tutan rəhbər onların planlarının pozulması deməkdir. Qarınlarının ağrısı da seçki öncəsi boş və mənasız açıqlamalarla kimlərinsə fikrini çaşdırmaq, guya çaşqınlıq yaratmaqdır. Ancaq Azərbaycan xalqı 30 illik işğala son qoyan, 200 illik erməni planını darmadağın edən Prezidentin yanındadır və heç bir əlavə qüvvə xalqın bu birliyini poza bilməyib, bilməyəcək də.

Yeri gəlmişkən, ötən gün məlumat yayılıb ki, Avropa Parlamenti Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməyəcək.

image_750x_6573efc9414e4.jpg (64 KB)

Göründüyü kimi, Avropa Parlamenti Azərbaycanda növbədənkənar prezident seçkilərinə təxminən 3 həftə qalmış növbəti absurd addım atıb. Bəyanatın absurdluğu isə ilk növbədə onunla bağlıdır ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərildiyi açıqlanmışdı.

Yəni siyahıda Avropa Parlamentinin, yaxud Aİ-nin hər hansı digər strukturunun adı çəkilmir. Odur ki, rəsmi Bakıdan dəvət almayan Avropa Parlamentinin seçkiləri müşahidə etməyəcəyi barədə bəyanat verməsi həqiqətən məntiqsiz görünür.
Aİ-nin şər oyunu illərdir ki, davam edir və bundan sonra da edəcək. İkili standartlar isə Azərbaycan dövlətini qətiyyətli mövqeyindən döndərə bilməz.Musavat.com

Bənzər yazılar