Top.Mail.Ru
GÜNDƏM

Əliyev TƏLƏB ETDİ, Ermənistan RAZILAŞDI – 3 variantda delimitasiya SSENARİSİ

“Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə üç variant müzakirə olunub, sonda Bakının istədiyi olub”.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Nəşr qeyd edir ki, bu, Ermənistan üçün ən pis, orta və daha yaxşı olan variantlardır.

“Ən yaxşı variant “Azərbaycan Azərbaycana, Ermənistan Ermənistana” prinsipi üzrə qarşılıqlı güzəştlərin edilməsi olub. Başqa sözlə, 1991-ci ilə qayıdırıq, 90-cı illərdə müharibə zamanı Ermənistanın nəzarətinə keçən əraziləri Azərbaycana qaytarırıq, onlar da erməni ərazilərini verirlər. Lakin Əliyev razılaşmayıb. Onun tələbi ilə 4 kənd qaytarılıb. Ermənistanın uğuru isə daha sonra sərhədin digər ərazilərinin müzakirəsi ilə bağlı razılaşmadır”, – nəşr yazır.

Bənzər yazılar