Top.Mail.Ru
GÜNDƏM

Əliyevin Ermənistanla bağlı yeni planı nədir? – erməniləri qorxuya salan ssenari

“Əliyev Ermənistanla razılaşmaq yox, “Ermənistan haqqında razılaşma” əldə etmək istəyir. Bunun iki yolu var: ya məsələləri hərbi müstəvidə həll etmək, yeni razılaşma və çoxtərəfli müqavilə imzalamaq, ya da Ermənistanı etiraz edə bilməyəcək vəziyyətə salmaqdır”.

Bu iddia ilə erməni şərhçi Vahram Atanesyan çıxış edib.

Saytların yığılması Saytların yığılması

Erməni şərhçi qeyd edib ki, Ermənistanın nominal suverenliyi saxlanılacaq, lakin əməli qərarlar “zaminlər” tərəfindən veriləcək.

“Belə olan halda konstitusiya və normativ-hüquqi aktların dəyişdirilməsinin qarantı Ermənistanın “patronu” olacaq. Azərbaycan isə regional müstəvidə həlledici və qərarverici güc olacaq. Qarabağda mövcud olmuş rejimin (erməni separatçıları-red) de-yure ləğvi bu prosesdə ilk mərhələ idi. Bu prosesdə Ermənistanın ən zəif tərəflərindən biri də daxili qarşıdurmanın yaşanmasıdır. Siyasi deqradasiya dayandırılması, Ermənistan öz-özünə çökəcək”, – V.Atanesyan bildirib. (Publika.az)

Bənzər yazılar