Top.Mail.Ru
GÜNDƏM

Emin Ağalarov “Crocus Group”dan ayrıldı

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkəti tərk edərək yeni çoxşaxəli “Agalarov Development” müəssisəsini yaradıb.
O, bu barədə RİA Novosti-yə müsahibəsində danışıb. “Mən şirkətdən ayrıldım və hazırda öz layihələrim üzərində işləyirəm”, – Ağalarov bildirib. Onun sözlərinə görə, 22 ildir atasının şirkətində çalışıb və paralel layihələrin sayı artıb. Belə olan halda “Crocus Group”da beş-on il əvvəlki kimi səmərəli işləmək mümkün deyil. İş adamı “Agalarov Development” şirkətinin təkcə tikinti ilə deyil, digər sahələrdə də məşğul olacağını vurğulayıb. Şirkətin biznesin 9 sahəsində çalışacağı və 60 layihə, o cümlədən fitnes klublar şəbəkəsi, eləcə də restoranlar şəbəkəsi hazırlayacağı bildirilir. Ağalarov həmçinin Azərbaycanda Bakı yaxınlığında yerləşən Sea Breeze kurort kompleksini və Moskva vilayətində Estate Mall ticarət mərkəzini idarə etməyi və inkişaf etdirməyi planlaşdırır. Şahanə Rəhimli Kaim.az

:

EminAğalarov
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar