Top.Mail.Ru
GÜNDƏM

Ermənistandan TÜRKİYƏYƏ çağırış: Hər şey hazırdır, gözləyirik

Türkiyə-Ermənistan sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi keçidlərə hazırdır və Türkiyədən müsbət siqnallar gözləyirik.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

Saytların yığılması Saytların yığılması

“Marqara sərhəd-keçid məntəqəsi fəaliyyətə hazırdır və Ermənistan tərəfi diplomatik pasportu olan şəxslər də daxil olmaqla üçüncü ölkə vətəndaşlarına sərhədin açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözləyir” , – deyə açıqlamada bildirilib.

Bir müddət əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Türkiyə ilə sərhədi aça biləcəklərini, Ermənistanın baş naziri Nikol Paşinyan isə Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrlə aparılan normallaşma danışıqları zamanı əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Bənzər yazılar