Top.Mail.Ru
GÜNDƏM

Hakan Fidandan SƏRT xəbərdarlıq: “Uzaq Olun Yoxsa…”

Türkiyənin xarici işlər naziri Hakan Fidan terrorla mübarizədə sərt addımlar atılacağı barədə mühüm mesajlar verib.

Musavat.com xəbər verir ki, o, üçüncü tərəflərə sərt xəbərdarlıq edib.

Saytların yığılması Saytların yığılması

Türkiyənin baş diplomatı təcavüzkarlara veriləcək cavabların qətiyyətli olacağını deyib. O əlavə edib ki, Ankarada terror aktı törədənlər buraya Suriyadan gəlib.

Qeyd edək ki, Hakan Fidan terror təşkilatı PKK/YPG-nin bütün infrastruktur, obyekt və mövqelərinin bundan sonra legitim hədəf olduğunu açıqlayıb. O, üçüncü tərəflərə PKK-YPG obyektlərindən və terrorçulardan uzaq durmağı məsləhət görüb: “Türkiyə Silahlı qüvvələri terror hücumuna qəti cavab verəcək və onlar törətdikləri əməllərə görə peşman olacaqlar”.

Xatırladaq ki, oktyabrın 1-də PKK terrorçuları Ankarda terror aktı törədib. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Terrorçulardan biri xəsarət alıb, digəri isə ölüb.

Bənzər yazılar