Top.Mail.Ru
GÜNDƏM

İran-İsrail müharibəsi başlayır: Bakı ZƏNGƏZUR PLANını işə salacaq – İrəvanda TƏŞVİŞ


KAİM.az
xəbər verir ki, xarici mediada İranın istənilən vaxt İsrailə cavab zərbəsi endirəcəyi haqda məlumatlar yayılır.
İranın İSNA xəbər agentliyi birbaşa İsrailə atılacaq 9 raketin adını dərc edib. ABŞ kəşfiyyatı isə qarşıdakı bir həftə ərzində İranın cavab zərbəsi endirəcəyini düşünür.

Gözlənilən İran-İsrail müharibəsindən narahat olan təkcə bu iki ölkə yox, həm də ermənilərdir. Ermənistanda hesab edirlər ki, İran-İsrail müharibəsi başlayarsa, rəsmi İrəvan Azərbaycanın Zəngəzurla bağlı istəyini yerinə yetirməyə məcbur olacaq.

Saytların yığılması Saytların yığılması

Erməni şərhçi Artak Akopyan “zham.am” saytında dərc olunan məqaləsində yazır ki, İran böyük müharibəyə girərsə, Süniklə (Zəngəzur) bağlı tələbləri arxa plana keçəcək.

“Paşinyan Rusiya ilə nmünasibətlərimizi korladı. Bu halda yeganə ümidimiz İrandır. Tehran Ermənistan sərhədlərini “qırmızı xətt” elan edib. Əgər böyük müharibəyə başlasa, Azərbaycan Zəngəzurla bağlı tələbində daha da israr edəcək və bütövlükdə Zəngəzuru nəzarətə götürmək istəkləri də ola bilər. Bu halda Ermənistanı heç bir qüvvə müdafiə etməyəcək”, – erməni şərhçi qeyd edir. //Publika.az

Bənzər yazılar