Top.Mail.Ru
GÜNDƏM

Karasin: “Moskva ilə Bakı arasında münasibətlər Rusiyanın xarici siyasətinin mühüm vektorudur”

“Moskva ilə Bakı arasında münasibətlər Rusiyanın xarici siyasətinin mühüm vektorudur”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Saytların yığılması Saytların yığılması

Karasin parlamentlərarası qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu, eləcə də ölkələrin beynəlxalq platformalarda fəal əməkdaşlıq etdiyini qeyd edib.

O, beynəlxalq nəqliyyat dəhlizi məsələsinə də toxunub və xatırladıb ki, onun vasitəsilə tranzit yüklərin daşınması üçün vaxtı əhəmiyyətli dərəcədə azaltmaq, eləcə də tranzit imkanlarını artırmaq mümkündür:

“Biz Azərbaycandan keçən marşrutu Şimal-Cənub Dəhlizinin qərb qolunun inkişafında mühüm nəqliyyat və logistika əlaqəsi hesab edirik. Azərbaycanın səylərini nəzərə alır və bu marşrutun imkanlarının genişləndirilməsi ilə bağlı liderlərimizin razılaşmalarının praktiki həyata keçirilməsinə tezliklə keçidin zəruriliyindən çıxış edirik”, – o bəyan edib.//Oxu.az

Bənzər yazılar