Top.Mail.Ru
GÜNDƏM

Məhşur separatçı milyarder Ruben Vardanyan qaçarkən saxlanıldı, Həbs Edilib Bakıya Gətirildi – RƏSMİ

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.

Xatırladaq ki, Ruben Vardanyan Qarabağdakı qanunsuz separatçı qurumun keçmiş dövlət naziridir.  Vardanyan ilk dəfə 2011-ci ildə 500 milyon dollar sərvətlə ən zəngin ruslar siyahısına daxil olub. 2017-ci ildə “Forbes” onu 950 milyon dollar dəyərində qiymətləndirib və 99-cu yeri tutub.

Bənzər yazılar