Top.Mail.Ru
GÜNDƏM

Mehdiabadda 35 yaşlı kişini bıçaqladılar

Bu barədə Kaim.az a Abşeron rayon prokurorluğundan bildirilib.

İyunun 10u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988ci il təvəllüdlü Sultan Əliyevin kəsilmişdeşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saytların yığılması Saytların yığılması

Aparılmış araşdırmalarla 1991ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.
Kaim.az

Bənzər yazılar