Top.Mail.Ru
GÜNDƏM

Moskva Bakı və İravan arasında sülhün olmaması üçün təzyiqlərini niyə artırıb? – POLİTOLOQ

Rusiya Xarici işlər nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə deyib ki, Bakı-İravan arasında etibarlı razılaşmalar əldə etmək üçün proses mümkün qədər uzun sürməlidir. Zaytsevə görə, prosesi sürətləndirmə kimlərəsə faydalı ola bilər, ancaq məsələ bundan sonra bunun necə reallaşdırılmasıdır.

Rus diplomat faktiki demək istəyir ki, Qarabağda sülhün bərqərar olması Ermənistanın baş naziri Nikol Paşinyan və yaxud Azərbaycan prezidenti İlham Əliyevdən asılı deyil. Yəni, azərbaycanlı və erməni liderlər Brüsseldə, Vaşinqtonda silsilə görüşlər keçirərək, müəyyən detalların üzərində razılıq əldə etsələr də, son söz Kremlə aiddir.

Saytların yığılması Saytların yığılması

Üstəlik, Aleksey Zaytsev Qarabağda yekun siyasi həllin əldə edilməsində maraqlı olan Qərbin də bostanına daş atır və sətiraltı deyir ki, məni autsayder durumuna sala bilməyəcəksiniz.
Belə olan təqdirdə, ortaya sual çıxır: Moskva konkret olaraq, Bakı və İravandan nə tələb edir?

Cavab heç də mürəkkəb deyil: Rusiya Qarabağdakı “sülhməramlılar” üçün mandat tələb edir. Bunun üçün də, gözlənilir ki, 2025-ci ilin son altı ayında Rusiya Əliyev hökumətinə təzyiqlərin dozasını və miqyasını daha da artıracaq. Hələ ki, Əliyev Moskvanın təzyiqlərini neytrallaşdırmaq istəyir. Bunun üçün də, Azərbaycan iqtidarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməyi lazımdır.

Baxmayaraq ki, Ərdoğan NATO – Vilnus sammitində Qarabağdakı rus sülhməramlılarının 2025-ci ildə bölgədən gedəcəyini demişdi, lakin Türkiyə prezidenti də bunun o qədər də asan olmayacağının fərqindədir.

Bu əsnada, vacib detal bundan ibarətdir ki, rus sülhməramlılarının bölgədən gedəcəyi təqdirdə, yaranacaq boşluğu kim dolduracaq…

Qarabağdakı etnik ermənilər Azərbaycan dövlətinin təqdim etdiyi reinteqrasiya kursuna necə reaksiya göstərəcəklər… Çünki, Qarabağ ermənilərinin təhlükəsizliyi və statusu mövzusunda Qərbin də mövqeyi birmənalı deyil. Doğrudur, Qarabağ erməniləri üçün “müstəqillik” və ya “öz müqəddaratını təyinetmə” prinsipi artıq o qədər də aktual deyil. Bu faktı artıq Arayik Arutyunyanln başçılıq etdiyi separatçı adminstrasiya da başa düşüb.

Konkret olaraq, Aleksandr Zaytsevin fikirlərinə gəldikdə, o, bir müddət əvvəl digər rus diplomat Denis Qonçarın dediklərini təkrarlayıb. Qonçar da demişdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirməyə ehtiyac yoxdur. O, hətta bunun faciəli olacağını da ifadə etmişdi.

Görünür, Qonçar “faciə i” ifadəsini dilə gətirməklə, Moskvanın sona qədər Qarabağ ermənilərindən istifadə edəcəyini sətiraltı vurğulamışdı.
Gəlinən nəticə budur ki, əslində, Qarabağdakı ermənilər Rusiyanın girovudur. Moskva Cənubi Qafqazdan çıxmamaq üçün girovlarından sona qədər istifadə edəcək.

Kamal ALİYEV,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar