Top.Mail.Ru
GÜNDƏM

Moskvaya giriş-çıxış yoxlanılır

Kaim.az xəbər verir ki, hərbçilər və polislər Rusiya paytaxtına doğru hərəkət edən avtomobilləri yoxlayırlar.

Xatırladaq ki, Vaqner Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin Vaqner muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir.

Saytların yığılması Saytların yığılması

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə Vaqnerin arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda Vaqner döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Yevgeni Priqojin isə silahları yerə qoyub təslim olmaqdan imtina edib.

Biz döyüşmüşük və doyüşürük. Vaqnerlər Federal Təhlükəsizlik Şurasının rəhbərinin və ya bir başqasının tələbi ilə təslim olmaq fikrində deyil. Biz Putinə və FSByə itaət etməyəcəyik. Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməkdə yanılır. Vaqner bu ölkənin korrupsiya və bürokratiya içində yaşamasını istəmir Priqojin bildirib.

Kaim.az

Bənzər yazılar