Top.Mail.Ru
GÜNDƏM

NATO Ukrayna üçün təlim mərkəzi yaradır

NATO Ukrayna hərbçilərinin təlimi və təhsili üçün mərkəz yaratmağı planlaşdırır.

Bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Məlumata görə, Avropa İttifaqının missiyasını və bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq yeni layihə Ukrayna hərbçilərinə həm də strategiya və müdafiə idarəçiliyini öyrətmək üçün nəzərdə tutulub. Məqsəd Ukraynaya qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır. Alyans üzvləri indi proqramın təfərrüatlarını yekunlaşdırırlar.

Qəzet qeyd edir ki, hazırda NATO müttəfiqləri təşəbbüsün necə maliyyələşdiriləcəyini və hansı növ təlimçilərin cəlb olunmasını müzakirə edirlər.//AZƏRTAC

Bənzər yazılar