Top.Mail.Ru
GÜNDƏM

Novruz bayramında əfv olacaq? – RƏSMİ AÇIQLAMA

“2023-cü ilin may ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı oldu. Bu sərəncam 800 nəfərdən çox məhkuma şamil edilib. İl ərzində bir əfv sərəncamı olur. Novruz bayramı ərəfəsində əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir”.

Bu fikirləri açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Saytların yığılması Saytların yığılması

Son günlərdə növbədənkənar prezident seçkisi ilə bağlı əfv sərəncamının olub-olmayacağına dair müzakirələrə aydınlıq gətirən Əliməmməd Nuriyev qeyd edib ki, prezident seçkisi baş tutduqdan sonra hər hansı əlamətdar günlərin birindən öncə əfv sərəncamının olma ehtimalı istisna deyil:

“Güman edirəm ki, cəmiyyətdə əfv sərəncamının olacağı ilə bağlı fikirlərin yaranmasının səbəbi adətən bir qayda olaraq mart ayında, Novruz bayramı ərəfəsində imzalanması ilə bağlıdır. Hazırda əfvlə bağlı Əfv Komissiyasının iclasları keçirilmir. Çünki, tez-tez əfv sərəncamlarının verilməsi cinayət-hüquq siyasətinin həyata keçirilməsi baxımından məqsədəuyğun sayılmır”.

Əliməmməd Nuriyev bildirib ki, ölkə başçısı konstitusion səlahiyyətlərinə görə, nə vaxt istəsə, əfv sərəncamı imzalaya bilər:

“Prezident seçkiləri yekunlaşdıqdan sonra, Ramazan bayramı və ya digər qarşıdan gələn bayramlarda belə əfv sərəncamı ola bilər. Amma hazırda bu mövzu ilə bağlı qəti fikir söyləmək mümkün deyil. Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətidir. Odur ki, növbəti vaxtlarda əfv sərəncamının olma ehtimalı var”.

Bənzər yazılar