Top.Mail.Ru
GÜNDƏM

Paşinyanın fransız generalı müşavir gətirməkdə MƏQSƏDİ- Sensasiyon FAKTLAR

Bu günlərdə yayılan məlumata görə, Nikol Paşinyan fransız generalı Ermənistan Müdafiə Nazirliyinə baş müşavir postuna gətirmək istəyir. Ehtimal olunur ki, o, bunu hakimiyyəti əlində saxlamaq üçün edir. Ekspertlərin fikrincə, bu, həm də Qərbin Cənubi Qafqazla bağlı planlarının bir parçası ola bilər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik  Üzeyir Cəfərov Musavat.com-a bildirdi ki, Paşinyan Qərblə müəyyən məsələləri razılaşdırıb. Son zamanlar Ermənistan və Fransa arasında müşahidə olunan yaxınlaşma da bu razılaşmanın tərkib hissəsidir: “Qərb Paşinyanı Rusiyanın təsir dairəsindən uzaqlaşmaq üçün müəyyən qərarlar verməklə təlimatlandırır. Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda yerləşmək istəyir. Bunun üçün də müəyyən cəhdlər edir. Nikol Paşinyanın fransız generalı Ermənistan Müdafiə Nazirliyinə baş müşavir postuna gətirmək istəməsi Azərbaycanı ciddi mənada narahat etməməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, uzun müddət işğalçılıq siyasəti həyata  keçirmiş  dövlət üçün bu qərar yeni imkanlar yarada bilər. Başqa dövlətlərin əlində alət olan Ermənistan kimi dövlətləri beynəlxalq hüquqa dəvət etmək lazımdır. Təəssüf ki, bu gün beynəlxalq hüquq yetərincə işləmir”.

Saytların yığılması Saytların yığılması

Xatırladaq ki,  türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müşaviri təyin edilib. O, təyinatdan sonra Müdafiə Nazirliyinin kollegiyasının iclasında Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində gördüyü işlərdən, eləcə də qarşıda duran vəzifələrdən, planlaşdırılan islahatlardan danışıb.

Hesab olunur ki, Ermənistanın məhz bu modeldən istifadə etmək istəməsi istisna deyil. Ü.Cəfərovun fikrincə, Azərbaycanın seçdiyi model uğurludur: “NATO-nun ikinci dövləti ilə əməkdaşlıq təcrübə və imkanlar baxımından ölkəmiz üçün faydalıdır. Ermənistanın Fransa ilə əməkdaşlığı yaxın 5-10 il üçün Azərbaycana təhdid yaradacaq gücdə deyil. Gələcək türk birliyindədir. Gələcək türk modeli üzərində inkişaf edəcək. Bunu ermənilər də, onlara havadarlıq edənlər də gözəl bilir. Paşinyanın addımlarını proqnozlaşdırmaq çox çətindir. Bir tərəfdən deyir ki, KTMT-dən uzaqlaşmaq niyyəti yoxdur, digər tərəfdən KTMT-yə üzvü olan ölkənin generalını özünə müşavir təyin edir. Görünən odur ki, Paşinyan qeyri-səmimidir, gələcək üçün planlar qurur, ona verilmiş tapşırıqları icra edir. Düşünürəm ki, Ermənistan KTMT-dən çıxacaq. Bəyanatlar Rusiya və digərlərinin təzyiqlərini neytrallaşdırmaq üçün verilir. Yaxın zamanda eşitsək ki, Ermənistan KTMT-dən çıxmaq barədə qərar qəbul edib, Qərblə yaxınlaşdığına görə bir müddətdən sonra da elə vəziyyət yaranacaq ki, Rusiyanın 102-ci bazası Ermənistanı tərk edəcək”.

Yeri gəlmişkən, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur: “Məncə, bu vəziyyətdən (erməni nümayəndə heyətinin olmamasından) qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Bu, hər şeyi deyir”, – deyə Tasmaqambetov qeyd edib.

“Məlumata görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyır. İstənilən halda bu, müstəqil və suveren dövlətin qərarıdır ki, heç bir dövlət və ya təşkilat ona təsir edə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır”, – KTMT baş katibi vəziyyətə bu cür izah gətirib.

 

Bənzər yazılar