Top.Mail.Ru
GÜNDƏM

Razinin sevgilisi: “Polisinin ədalətinə əminəm”

Model Razi Əliyevanı döyərək ona xəsarətlər yetirməkdə günahlandırılan sevgilisi, iş adamı Ziya Hüseynzadə açıqlama yayıb.
Kaim.az xəbər verir ki, o, modelin dediklərini təkzib edib: “Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir. Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətinə əminəm!”. Qeyd edək ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da sosial şəbəkə səhifələrində yayıb. DİN Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır. Kaim.az

:

 

Model
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar