Top.Mail.Ru
GÜNDƏM

Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməyə hazırlaşır

Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməyi planlaşdırır.

Bunu yanvarın 31-də keçirilən mətbuat konfransında Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi deyib.

Saytların yığılması Saytların yığılması

“Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməklə qəfil hücum imkanı əldə etməyi hədəfləyir. Bunun üçün ona nüvə silahlarının ölçüsünü daha da azaltmaq lazımdır”, – deyə o bildirib.

Hayasi qeyd edib ki, Şimali Koreya raketləri müxtəlif platformalardan, məsələn, sualtı qayıqlardan və dəmiryol vaqonlarına quraşdırılmış buraxılış qurğularından ona görə buraxır ki, bu silahları aşkar etmək və ələ keçirmək çətinləşsin.

Yaponiya Nazirlər Kabinetinin baş katibi bununla əlaqədar Tokionun ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlıq şəraitində vəziyyətə nəzarəti davam etdirəcəyini deyib.//Oxu.az

Bənzər yazılar