Top.Mail.Ru
GÜNDƏM

ŞOK İDDİA: “PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindəki naməlum şəxs ölkəni AYAĞA QALDIRDI

İran Prezidenti İbrahim Rəisi başda olmaqla yüksək səviyyəli İran rəsmilərinin ölümü ilə nəticələnən müəmmalı helikopter qəzasının baş verdiyi ərazidən paylaşılan yeni bir video sui-qəsd nəzəriyyələrini gündəmə gətirib.

“AzPolitika” xəbər verir ki, pilotsuz uçuş aparatı vasitəsilə lentə alınan kadrlarda naməlum bir şəxsin sürətlə helikopterin qalıqlarının olduğu ərazidən uzaqlaşmağa çalışdığı görünüb.
Qeyd olunub ki, həmin şəxs görüntülənən zaman hələ axtarış-xilasetmə qrupu əraziyə çatmayıbmış. Sözügedən görüntülərdən sonra İran mediasında İbrahim Rəisinin sıradan bir qəza nəticəsində yox, sui-qəsdə məruz qalaraq həlak olduğuna dair iddialar yayılmağa başlayıb.

Saytların yığılması Saytların yığılması

Digər tərəfdən, Fransanın “I24” kanalı şok bir iddia ilə çıxış edib.

Kanal qəzaya uğrayan helikopterin pilotu Əli Kopterin Mossad agenti olduğunu və hadisənin arxasında İsrailin ola biləciyini iddia edib.

 

Bənzər yazılar