Top.Mail.Ru
GÜNDƏM

ŞOK İDDİA: Qarabağdakı separatçı rejimin 3 rəhbəri Ermənistanda: Saakyan, Qukasyan, Arutyunyan HARDAN VƏ NEÇƏ QAÇDI – ŞOK DETALLAR/FOTO

Telegramın erməni seqmentinin təsirli kanalı olan @bagramyan26 -nın məlumatına görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş “prezidenti” və “hökumət üzvləri” Ermənistana keçə bilib…

Musavat.com xəbər verir ki, bu barədə hələ ki, Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur.

Saytların yığılması Saytların yığılması

Böyük ehtimalla söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni “prezident” Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır…

Musavat.com-un özəl məlumatına görə, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 “generalın” həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.

Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub.

QEYD: Rəsmi məlumatlar yayılmayana qədər bunlar yalnız erməni iddiaları olaraq qalacaq.

1447237702.jpg (36 KB)

Bako Saakyan

60-83-1695544773.jpg (26 KB)

Arkadi Qukasyan 

2020-12-17-09-43-143xcRU4KfF0IdDfSp62AF_file.jpg (804 KB)

Araik Arutyunyan 

balasanyan.jpg (45 KB)

Vitali Balasanyan

Bənzər yazılar