GÜNDƏM
Türkiyə Ermənistana körpü məsələsi ilə bağlı təklif göndərdi
ürkiyə Ermənistana Ani körpüsünün bərpası ilə bağlı yanaşmalarını çatdırıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə tərəfi tarixi Ani körpüsünün bərpasıyla bağlı texniki prosesin təşkili ilə əlaqədar öz baxışını Ermənistana çatdırıb”, – məlumatda deyilir.
Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan “Sputnik Ermənistan”ın sualına cavab verərək, bu məsələdə müəyyən irəliləyiş olduğunu bildirib. (Ölkə.az)