Top.Mail.Ru
GÜNDƏM

Türkiyə ilə Rusiya RAZILAŞDI: “Yaxın vaxtlarda…”

“Türkiyə heyəti qaz mərkəzi ilə bağlı məlumat almaq üçün Rusiyaya gələcək”.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyədə qurulması planlaşdırılan qaz mərkəzi ilə bağlı verdiyi açıqlamada deyib.

Saytların yığılması Saytların yığılması

Novak layihənin tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib:

1662066794138245441_1200x630.jpg (297 KB)

“Hazırda yol xəritəsi ilə bağlı razılaşma var və Türkiyə nümayəndə heyəti Rusiya tərəfindəki işləri öyrənmək üçün Sankt-Peterburqa gəlməyi planlaşdırır. Əminəm ki, yaxın vaxtlarda bu layihənin praktiki həyata keçirilməsi üçün razılıq əldə olunacaq”.

Rusiya prezidenti Vladimir Putin isə layihə ilə bağlı bunları deyib:

“Türkiyədə Avropa üçün böyük bir təbii qaz mərkəzi qura bilərik. Neft bazarlarına heç bir müdaxilə və ya ehtiyatlardan istifadə enerji problemini həll edə bilməz. Rusiya Avropaya enerji daşımağa hazırdır”.

Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyədə qurulacaq qaz mərkəzi vasitəsilə Rusiya qazının təhlükəsiz şəkildə Avropaya nəqlini təklif etmiş və bu təklif prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müsbət qarşılanmışdı. 

Bənzər yazılar