Top.Mail.Ru
GÜNDƏM

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Mayın 10-da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda minlərlə tələbə gənclər iştirak ediblər.

Saytların yığılması Saytların yığılması

Tədbirin əsas məqsədi gənclərə daim qayğı ilə yanaşan Ulu Öndərin xatirəsini yad etmək, gənclər üçün yaradılan imkanları diqqətdə saxlamaq, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini bir araya toplayaraq onlar üçün stressdən kənar mühit formalaşdırmaq imkanı yaratmaq olub.

Festivalın açılışında ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək dövlət gənclər siyasəti, tələbələr üçün yaradılan imkanlardan danışıb. Həmçinin Ümummilli Liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu gənclər siyasətinin mahiyyəti haqqında məlumat verib.

Sonra Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə Azərbaycanın dinamik inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Festivalın gənclərin asudə zamanlarını dəyərləndirməsi üçün fürsət olduğunu bildirən O.Qəhrəmanzadə belə tədbirlərin davamlı olmasının vacibliyindən bəhs edib.

Festivalın rəsmi hissəsi yekunlaşdıqdan sonra bədii hissəyə başlanılıb. Tədbir müxtəlif rəqs kompozisiyaları, müğənnilərin və dj musiqilərinin səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, konsert proqramında gənc müğənnilər müxtəlif mahnılar səsləndiriblər.

Sonda tələbələr üçün müxtəlif viktorinalar və yarışlar keçirilib. Qalib gələn tələbələrə mükafatlar təqdim olunub.

Bənzər yazılar