Top.Mail.Ru
GÜNDƏM

Yeddi fevral seçkiləri Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyətə malikdir – Ravvin Şmuel Siman Tov

Azərbaycanda fevralın 7-nə təyin edilmiş Prezident seçkiləri ölkənin gələcəyi üçün böyük əhəmiyyətə malikdir.

Trend xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Təl-Əviv şəhəri dağ yəhudilərinin baş ravvini və icma başçısı Şmuel David Yehuda Siman Tov deyib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, qarşıdan gələn növbədənkənar Prezident seçkiləri Azərbaycan dövlətinin gələcəyi və iqtisadi inkişafı baxımından ciddi əhəmiyyət daşıyır.

“Azərbaycan ilk dəfədir ki, Prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir və bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Ümumiyyətlə, son onilliklər ərzində də gördüyümüz kimi, Azərbaycanda keçirilən bütün seçkilər xalq tərəfindən seçilən namizədə güc və yüksək əhval-ruhiyyə verir ki, həmin şəxs dövlətinin gələcəyi və xalqının rifahının təmin edilməsi üçün əlindən gələni etsin”, – deyə Təl-Əviv şəhəri dağ yəhudilərinin baş ravvini vurğulayıb.

Onun sözlərinə görə, xaricdə yaşamasına baxmayaraq o da Azərbaycanda seçkiləri diqqətlə izləyir.

Baş ravvin inandığını qeyd edib ki, bu seçkilərdə Azərbaycan xalqının seçəcəyi Prezident ölkəni dünya dövlətləri arasında bütün sahələrdə inkişaf etdirəcək, daha yüksək pillələrə qaldıracaq: “Azərbaycan xalqına arzum budur ki, bir daha müharibələr yaşamasın. Vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşasın, hər kəsin rifahi günü-gündən yaxşılaşsın”.

Bənzər yazılar