Top.Mail.Ru
GÜNDƏM

YENİ QƏRAR: Şəhid ailələrinin ev növbəsi DAYANDIRILDI? – Millət vəkilindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Daxil edilən məsələlərdən biri “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununda dəyişikliyin edilməsi barədə qanun layihəsidir (ikinci oxunuş).

KAİM.az xəbər verir ki, mövzu ilə bağlı Referans.az-a millət vəkili Arzu Nağıyev danışıb. O açıqlamasında bildirib ki, birinci Qarabağ müharibəsinin şəhid ailələri, həmçinin vaxtilə şəhid kimi evə ehtiyacları olan şəxslər növbəyə dayanıb və hazırda dünyasını dəyişibsə, onların vərəsələri, eyni zamanda nümayəndələrinin ev növbəsi saxlanılacaq:

Saytların yığılması Saytların yığılması

“Söhbət yaşayış yerinə ehtiyacı olan şəhid ailələrinin ev növbəsindən gedir. Həmin şəxslərin əgər evə ehtiyacı varsa, vaxtilə növbəyə dayanıbsa və rəhmətə gedibsə, onun vərəsəsi və yaxud nümayəndəsi növbəni saxlayacaq”.

Bənzər yazılar