Top.Mail.Ru
GÜNDƏM

Zaxarova Mirzoyanın yalanlarını İFŞA ETDİ

“Rusiya Azərbaycan və Ermənistan arasında 2020-ci ilin payızında hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib”

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, rəsmi Moskva Ermənistanın daha çətin vəziyyətə düşməsinin qarşısını almağa kömək edib.

Saytların yığılması Saytların yığılması

Zaxarova qeyd edib ki, ötən ilin sentyabrından Rusiya Ermənistana Moskvada sülh müqaviləsi məsələləri üzrə məsləhətləşmələr üçün dəfələrlə dəvət göndərib.

“Lakin Ermənistanın xarici işlər nazirli yanvarın 23-də keçirdiyi mətbuat konfransında Moskvadan dəvət almadığını bildirib”, – o deyib.

Rusiya rəsmisi onu da əlavə edib ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan öz səhvlərindən obyektiv nəticə çıxarmır.

“Öz səhvlərindən obyektiv nəticə çıxarmaq əvəzinə, növbəti dəfə bütün məsuliyyəti Rusiyanın üzərinə qoymaq cəhdi baş verdi. Bu bizim səhvlər deyil, rəsmi İrəvanın buraxdığı səhvlərdir”, – deyə Rusiya xarici siyasət qurumunun rəsmisi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Ermənistanın XİN rəhbərinin mətbuat konfransının məzmunu və tonu təəssüf doğurmaya bilməz.

Bənzər yazılar