Top.Mail.Ru
GÜNDƏM

Bakıya dəstək ARTIR – İrəvan bir də risk etsə, onu Fransa da XİLAS EDƏ BİLMƏYƏCƏK

Münaqişə yenidən alovlanır. Avropa daha bir müharibə astanasındadır. Söhbət Serbiya-Kosova arasındakı son 10 ilin ən böyük gərginliyindən gedir. 

Məsələ ondadır ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı (RKS – Kosova Respublikası) tələbi irəli sürüb. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir. Hətta Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərinə də göndərib.

Saytların yığılması Saytların yığılması

Vuçiç rəsmi Belqradın mövqeyindən əl çəkməyəcəyi mesajını verir. Bunu onun “Kimsə serb xalqını qovmağı, xalqımızı öldürə və yaralaya biləcəyini düşünürsə, mənim işim bütün ciddilik və qətiyyətlə dəfələrlə dediklərimi onlara xatırlatmaqdır. Bəzilərindən fərqli olaraq, mən bunun nə demək olduğunu bilirəm – biz xalqımızın yanında olacağıq və onları çətinlikdə qoymayacağıq” sözləri də təsdiq edir.

Hadisələrin belə bir məcrada davam etdiyi bir məqamda Prezident İlham Əliyevin Serbiya səfəri və hər iki dövlət başçısı tərəfindən səsləndirilən fikirlər bəzi məqamlara yenidən işıq tutmaq baxımından olduqca önəmli oldu.

Bu gün Serbiyanın paytaxtı Belqrada səfər edən Prezident İlham Əliyevi ilk olaraq hava limanında elə Serbiyanın prezidenti Aleksandar Vuçiç özü qarşılayıb. 

Serbiya Prezidenti ilə dövlət başçımız arasında Belqradda birgə mətbuat konfransı zamanı Aleksandar Vuçiç maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.

Belə ki, A.Vuçiç Azərbaycan Prezidentinin parlaq şəxsiyyəti, Avropada çox hörmət edilən və axtarılan dövlət başçısı olması, öz ölkəsinin milli maraqlarının keşiyində möhkəm duran qətiyyətli lider kimi tanınması ilə bağlı fikirlərə xüsusi yer verib.

Serbiya Prezidentinin mətbuat konfransında çıxışı zamanı “Biz Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir və bu, təqdirəlayiq haldır. Amma mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” , – fikirləri açıq şəkildə Azərbaycanın 44 günlük müharibədə sərgilədiyi həm siyasi, həm də hərbi mübarizəyə dəstəyini ifadə etməklə yanaşı, bütün bu addımların beynəlxalq hüquq normalarına əsaslanaraq ərazi bütövlüyünün təmini məqsədilə edildiyinə diqqəti çəkmiş olub. Aleksandar Vuçiç bu cümlələrlə Azərbaycanın apardığı müharibənin, savaşın onun haqq işi olduğuna eyham vurub.

Serbiya liderinin bu açıqlamasında ən diqqətçəkən məqamlardan biri isə “Biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” fikrini qeyd edə bilərəm. O, 30 il erməni işğalında olan ərazilərini 44 gün ərzində geri qaytaran Azərbaycanın belə bir tarixi zəfər çalmasında onun ağıllı liderinin, “nəyi, necə, nə zaman” etməyi yaxşı bilən qətiyyətli liderinin əməyini xüsusilə vurğulamış olub.

Nəzərə alsaq ki, Azərbaycan üçün Ermənistana qarşı 2020-c il 27 sentyabr tarixindən də öncə müharibə aparmaq imkanları olub, amma rəsmi Bakı qərar verməyə tələsməyib və ən uyğun zamanı seçərək heç kəsin gözləmədiyi bir vaxtda işğala son qoymağa müyəssər oldu, o zaman Vuçiçin belə bir fikirlə nəyi nəzərdə tutduğunu deməyə çox da izah yeri qalmır.

Çünki işğala son qoyulan zamana kimi BMT həmin BMT idi, Təhlükəsizlik Şurası həmən qurum idi, digər beynəlxalq ququmlar da öz yerində. Amma Azərbaycanın ərazi bütövlüyü söhbət mövzusu olanda bunun ancaq dinc yolu ilə həlli mümkünlüyü masaya yatırılırdı. Konkret desək, bu cür bəyanatlara yer verməklə Qərbin erməni lobbisinin təsiri altında olan dairələri Azərbaycanın əl-qolunu bağlayırdılar ki, birdən orada kimsə müharibə eşqinə düşər…

Nəbadə!

Bu məsələni elə İlham Əliyev də serbiyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı da qeyd etdi: “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələri bir neçə günə, bəzi hallarda bir neçə saata icra edilir. Bizə gəldikdə, 27 il gözlədik, icra edilmədi”. 

Bununla da dövlət başçısı növbəti dəfə Qərbin yüksək dairələrini, beynəlxalq qurumlarını ikili standartlarda qınamış oldu. Əliyev Ermənistana qarşı törətdiyi hərbi cinayətlərə, işğalçılıq siyasətinə görə geridə qalan illər ərzində hər hansı bir təzyiqin edilmədiyinə diqqəti yönəltməklə Azərbaycanın öz haqq işini özünün görməsindən başqa seçimin qalmadığına və həmin qurumlarda yenə hər şey əvvəlki kimi qalacağı təqdirdə, müsbətə doğru, ədalət prinsipləri əsas götürülərək suverenliyimizə təhdid olacaq qüvvələrə qarşı Azərbaycanın bundan sonra da beynəlxalq hüququn tələbinə uyğun olaraq anoloji addımla Ermənistanı və ona dəstək verən qüvvələri cəzalandıracağı mesajını verdi.

Təhməz Əsədov

Bənzər yazılar