Top.Mail.Ru
bannerGÜNDƏM

Aydın Əliyev: – “Əliçilər bu vətən müharibəsinə şou kimi baxır.”

Bu gün qəhrəman ordumuzun Azərbaycanımızın ürəyi – Şuşa şəhərinə daxil olmaqları bir daha Azərbaycan xalqının 28 ildir ki, həsrətlə gözlədiyi arzusuna çatdırdı.

Bəli, bir azərbaycanlı kimi fəxr edirəm.1988-ci ildən AXC-nin, 1995-ildən Axcp-nin üzv olmuşam. AXCP sədri kimi özün aparan, məni hökumətə işləməkdə ittiham edərək, partiya sıralarından xaric etmişlər. Mənə qarşı ittihamları rədd edərək hüquqi qaydada məhkəmə ilə Əli Kərimlinin özü saxta vidio ilə təstiq etdiyi AXCP Ali Məclisin Rəyasət heyətinin qanunsuz qərarını ləgv etmiş, Apelyasiya şikayəti vermiş, lakin Apelyasiya məhkəməsi qüvvədə saxlamışdır. İndiki dövrdə mən də Əli Kərimli baradə haqlı şikayətimi, sosial şəbəkələrdə və saytlarda hətta, onun saxtakarlığı baradə Respublika Prokurorluğuna rəsmən müraciətimi müvəqqəti dayandırmışdım. Əliçilər başlanan bu vətən müharibəsinə şou kimi baxır. Ordumuzun bu qələbəsinə kölgə salmaqdan çəkinmirdilər. “5 rayonu onsuz da ruslar verirdilər. Bu nəyə lazımdır və. s. Neçə ki, bu hakimiyyət var, Qarabağ azad olunmayacaq.”

Saytların yığılması Saytların yığılması

İndi isə utanmadan ordumuzun qələbəsindən danışır. O, bunu oz çıxışlarında bir daha göstərdi. Hətta, bu qələbəyə belə ürəkdən sevinə bilmir. Mən ona görə çixış edib uca xalqıma müraciət edirəm. Mən Əliçi kimi yox, bir vətəndaş kimi bu rejimdən narazı olmuşam.

Bu gün isə qənaətə gəlirəm ki, öz hərəkətləri ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına arxalanaraq, 30 ildir ki, işgal altında olan torpaqlarımızın qaytarılması haqqında qərar verdi. Nəticədə Ali Baş Komandan kimi ordumuza rəhbərlik edərək, ədalətsiz dünya güclərinin təzyiqinə baxmayaraq, ərazi bütövlüyümüzə nail olmaqdadır. Bundan sevinməyən yalnız ermənilərdir!

Aydın Əliyev,

AXCP Nəzarət-Təftiş Komissiyasının sədri

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir