Top.Mail.Ru
GÜNDƏM

Azərbaycan demokratik dastan yazdı – Türkiyəli müşahidəçilər

Türkiyə Mərmərə Vəqfi 3 nəfərlik heyətlə Azərbaycanda seçki prosesini izləyib.

Musavat.com xəbər verir ki, onlar 42 seçki məntəqəsində müşahidə aparıblar.

Saytların yığılması Saytların yığılması

Vəqfin rəhbəri Akkan Suver bildirib ki, Avropada olduğu kimi, Azərbaycanda da mədəni, adil, şəffaf seçki və fəallıq müşahidə ediblər:

“Səhər 8-dən axşama qədər 42 seçki məntəqəsində olduq. Xanımların fəallığını gördük. Bu münasibətlə Azərbaycan xanımlarını təbrik edirəm. Xalq növbələrdə səbrlə səs verməyi gözləyirdi. Hər yaşdan olan vətəndaşın səsverməsini gördük. Qarabağ dastanından sonra Azərbaycan demokratiya dastanı yazdı. Seçki prosesində nəzarətçilərin davranışı, seçicilərə münasibəti xoşagələn idi. Bu seçki bütün Qafqaz və türk dünyası üçün xeyirli gələcəyin işarəsi idi. Azərbaycan xalqının səseverməyə ola yüksək marağı demokratiyaya olan inamı göstərir.

Qərbdə bir çox seçkidə müşahidə aparmışıq. Demokratiyanın bütün qaydalarına riayət olunub.

İlham Əliyevə təkcə seçkini qazandığı üçün deyil, insanların bütün Azərbaycanda səsverməsini təmin etdiyi üçün təşəkkür edirəm. İnsanlar səsvermə hüququna sahib çıxdı”.

Özgür Çengel isə qeyd edib ki, səmimi seçkinin şahidi olublar: “Can Azərbaycan ilə bərabər uzun illərə dayanan münasibətin inkişafı bizim üçün önəmlidir. Bütün məntəqələrdə səmimi fikir mübadiləsi aparıldı. Nəzarətçilərin davranışı xoş idi. Seçkinin xeyirli olmasını diləyirəm”.

Sezgin Bilgic Qarabağda da seçki keçirildiyini vurğulayıb.

“Bu uğurlu seçki üçün hər kəsə təşəkkür edirik”, – deyə o qeyd edib.

Bənzər yazılar