Top.Mail.Ru
GÜNDƏM

Bakının cavabı SARSIDICI OLACAQ – Ermənistana növbəti XƏBƏRDARLIQ EDİLDİ

Polkovnik hesab edir ki, erməni tərəfi bu addımları ilə təhlükə fonu yaratmağa çalışır:

Saytların yığılması Saytların yığılması

“Bununla da beynəlxalq güclərin diqqətini cəlb etmək məqsədi güdür. Ermənistana lazımdır ki, təhlükə fonunun nəticəsində beynəlxalq qurumlar işə başlasın. Belə olduğu halda beynəlxalq qurumların qəbul etdiyi qərarlar əsaslanaraq, yeni oyunçular, o cümlədən, Fransa Ermənistanda təsirini genişləndirə bilər. Ermənistan bu zərurətdən təxribat törədə bilər. Sözsüz ki, Azərbaycan buna cavab verəcək. Bu halda məlum ssenari işə düşəcək”.

Şair Ramaldanova görə, təxribatlarda həmçinin Qərb və ABŞ-nin Rusiyaya müəyyən təzyiq amili də var:
“Çünki bu güclər açıq-aşkar məqsədlərinin Rusiyanı bölgədən çıxarmaq olduğunu gizlətmir. Ermənistanın Rusiyaya qarşı ritorikasında da bu dəyişikliklər müşahidə edilir. Ona görə də, burada açıq hədəf Rusiyadır. İranın da onların hədəfində olduğunu nəzərə alsaq, proseslərin sərhəddə baş verməsi region üçün müsbət heç nə vəd etmir”.

Ekspert bildirib ki, Ermənistan ordusunun texnikaları sərhədə toplamasına qarşı Azərbaycan lazımi tədbirlər görür:

“Genişmiqyaslı əməliyyatların aparılması üçün Ermənistanın gücü və imkanı yoxdur. Ermənistan Azərbaycana qarşı hər hansı addım atarsa, Bakı daha sarsıdıcı cavab verəcək. Uduzan tərəf yenə də Ermənistan olacaq”. //Teleqraf.com

Bənzər yazılar