Top.Mail.Ru
GÜNDƏM

Britaniyanın ən zəngin ailəsinin başçısı vəfat etdi

Britaniyanın ən varlı ailəsinin başçısı Şriçand Hinduja 87 yaşında vəfat edib.
Bu barədə Sky News xəbər verir. Bundan əvvəl Şriçandın qızları ilə qardaşları arasında aktivləri idarə etmək hüququ ilə bağlı mübahisə yaranmışdı. Qardaşlardan biri – Qopiçand Şriçandın qızlarına verdiyi etibarnamənin qanuniliyinə etiraz etmişdi. O zaman Hinduja ailəsinin başçısı demensiyadan əziyyət çəkirdi və xəstəxanaya yerləşdirilmişdi. 2022-ci ildə Hindujalar “Sunday Times”ın yazdığına görə, Böyük Britaniyanın ən zəngin ailələri siyahısına başçılıq edib. Onların sərvəti 28 milyard funt sterlinq olaraq qiymətləndirilib. Ailə avtomobil, maliyyə, media, əyləncə, kimya, daşınmaz əmlak və səhiyyə sektorlarında fəaliyyət göstərən transmilli konqlomerat “Hinduja Group”un sahibidir. Şahanə Rəhimli Kaim.az

:

BöyükBritaniya
 

Zəngin
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar