Top.Mail.Ru
GÜNDƏM

Cənubi Koreya, ABŞ və Yaponiya genişmiqyaslı hərbi təlimlərə başladı

Bu gün Cənubi Koreya, ABŞ və Yaponiya Şərq dənizində üçtərəfli birgə təlimə başlayıb.
Kaim.az xəbər verir ki, bu barədə Koreyanın Yonhap nəşri ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb. Bildirilir ki, təlim çərçivəsində bölgəyə üç esmines cəlb edilib. Bu hərbi gedişin Cənubi Koreya, ABŞ və Yaponiyanın Koreya Xalq Demokratik Respublikasının (KXDR) son təxribatçı hərəkətləri fonunda baş verməsi 3 ölkənin təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirmək qərarı ilə əlaqələndirilir. Təlimdə kompüter simulyasiyalarından istifadə etməklə ballistik raket hədəflərinin aşkarlanması və izlənilməsi prosedurları da həyata keçiriləcək.Xatırladaq ki, bir neçə gün öncə KXDR Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib. Tural Tağıyev Kaim.az :

 

Təlim
 

Yaponiya
 

ABŞ
 

KXDR
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar