Top.Mail.Ru
bannerGÜNDƏM

“ Düşmən əhatəsində yaşaya bilmərik”- İrəvana qaçan Qarabağ erməniləri geri qayıtmağı düşünmür

Ermənistanda Paşinyana etiraz edən kütlə “Azadlıq” meydanının qarşısında etiraz keçirir.

Onların içərilərində Dağlıq Qarabağdan gələnlər üstünlük təşkil edir. Hökuməti satqın adlandıran mitinqçilər Ermənistan, Azərbaycan, Rusiya arasında bağlanmış sülh müqaviləsini xəyanət adlandırırlar. Məğlubiyyəti və kapitulyasiyanı ermənilər üçün həzm etmək çətindir. Erməni jurnalisti Nana Martirosyan etirazçılarla söhbətləşib. Söhbətdəki bəzi məqamlar oxucularımıza da maraqlı gələ bilər.

Saytların yığılması Saytların yığılması

Kaim.az həmin məqamları diqqətinizə çatdıracaq.

Martirosyan yazır: “ Artsaxdan (Dağlıq Qarabağdan) olan qadınlar hesab edir ki, onları Kəlbəcərdə, Hadrutda, Şuşada olan evlərindən məhrum ediblər. Bu ərazilər Azərbaycana verilib. Mardakertdən olan Naira Avetisyan Ermənistana 28 sentyabrda gəlib. Deyir ki, Qarabağda oğlu qalmışdı. Hansı ki, 10 noyabra qədər vuruşub. Naira Mardaketə qayıtmaq, dağılmış evini bərpa etmək istəyir. Ancaq azərbaycanlılarla yanaşı yaşamaq onları qorxudur. Həm özünü, həm uşaqlarını: “ Düşmən əhatəsində yaşaya bilmərik. 7 yaşlı oğlum ömrü boyu bu müharibəni unutmayacaq. Sülhə qol çəkənlər bizim hisslərimizi, hüquqlarımızı nəzərə almayıb.” 17 yaşlı Yana Ayrepetyan anası ilə birgə sentyabrın sonunda Şuşadan qaçıb. Qarabağda babası, atası, qardaşları qalmışdı. Sonra onlar da gəldi. Sülh imzalamasın qohumlara Yana xəbər verib. Onlar hələ də şokdadır: “Bizi satıblar. Türklər olan yerdə necə yaşamaq olar? Ora qayıtmaqdansa ,xaricə gedəcəyik”. Yana hələ ki, meydanda, etirazçıların arasındadır. Ümid edir ki, hələ nəyisə dəyişmək olar.

Stepanakertdən (Xankəndi) qaçan Elina Paqosyan hesab edir ki, etrazçı qarabağlılar birləşib haqqlarını bərpa etməlidirlər. Elina deyir ki, Şuşadakı kilsədə nişanlısı ilə toyu olmalı idi. Ancaq müharibə buna imkan vermədi. Sülh razılaşması isə onu şoka salıb. Amma yenə ümid edir ki, Şuşadakı kilsədə nə vaxtsa toy mərasimin keçirə biləcək. İnandırıcı görünməsə də.”

Tərcümə etdi İlqar Atabəyli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir