Top.Mail.Ru
GÜNDƏM

Ermənistan ordusu iyun ayına qədər… – Arutyunyan hansı sirləri ETİRAF EDİB?


KAİM.az
xəbər verir ki, bu barədə Ermənistanda “Qara pantera” hərbi qruplaşmasının rəhbəri Serob Qasparyan deyib.

Qasparyan bildirib ki, təslim aktına görə Ermənistanın silahlanmağa haqqı yoxdur: “Buna görə Azərbaycan Ermənistana silah göndərilməsinə qarşı çıxır. Hazırda Ermənistan rəhbərliyi himnimizin, gerbimizin, konstitusiyamızın dəyişilməsindən danışır. Bu o deməkdir ki, ölkəmiz artıq təslim olub”.

Saytların yığılması Saytların yığılması

Qasparyan sensasiya hesab olunacaq iddia irəli sürüb.

“Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyan iki il əvvəl mənə bir sirri etiraf etmişdi. Bildirmişdi ki, Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə – avtomatla silahlanmış patrul xidməti qoruyacaq. Bu, Azərbaycanın tələbidir və o deməkdir ki, Ermənistan qeyd-şərtsiz təslim olub. Ermənistana vaxt verilib. Məlumatlar var ki, iyun ayı sonuncu vaxtdır, buna qədər sərhəddə erməni ordusu qalmayacaq, ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək”, – o bildirib.

Qasparyan deyib ki, Ermənistanın bütün sərhədləri Azərbaycanın nəzarətində olacaq. //Publika.az

Bənzər yazılar