Top.Mail.Ru
GÜNDƏM

Estoniya Baltik dənizində hərbi təlimlərə başlayıb

İyunun 3-də Estoniyanın paytaxtı Tallinində NATO-nun 50 hərbi gəmisinin iştirak etdiyi Baltik dənizində bu ilin ən böyük təlimi olan “Baltops 23” başlayıb.
Kaim.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 52-ci dəfə keçirilən “Baltops” təlimlərində ümumilikdə dəniz, quru və hava qüvvələrinin 6 minə yaxın hərbi qulluqçusu iştirak edir. İki həftə ərzində müttəfiqlər digər məsələlərlə yanaşı, sualtı qayıqlara qarşı və hava hücumundan müdafiə, sursatların zərərsizləşdirilməsi və tibbi xilasetmə əməliyyatlarını işləyəcəklər. Qeyd edək ki, Estoniya üç ilə yaxındır ki, təlimə hazırlaşır. Kaim.az :

Estoniya
 

Baltik
 

Təlim
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar