Top.Mail.Ru
GÜNDƏM

İranda azadlığa çıxan məhbus yuxuda infarktdan ölüb

İran hakimiyyətinin vətəndaşlara qarşı apardığı repressiya siyasətini yalnız son zamanlar edamların sayının kəskin şəkildə artması deyil, habelə həbsdə olanlara sərt işgəncələrin verilməsi də təsdiqləyir.
Kaim.az xəbər verir ki, İranın zindanlarında işgəncələrə məruz qalanların əksəriyyəti sonradan ciddi xəsarətlərlə azadlığa buraxılırlar ki, bu da bəzi hallarda onların ölümü ilə nəticələnir. İranda etirazlar zamanı həbs edilən və azadlığa çıxandan bir həftə sonra “yuxusunda infarkt keçirərək” dünyasını dəyişən Əmir Hüseyn Terval da onlardan biridir. Əmir Hüseynin vəkili Məryəm Kiyanarsi bununla bağlı öz Twitter hesabında yazıb. “Mənim və cənab Qulaminin müvəkkili Əmir Hüseyn Terval son etiraz aksiyalarında həbs olunanlar arasında idi. Təxminən 8 aylıq həbsdən sonra o, əfv olundu və keçən həftə məhkəməsi keçirilərək azadlığa buraxıldı. Təəssüf ki, bir neçə gün sonra ürək tutmasından yuxuda dünyasını dəyişdi” , – vəkili Məryəm Kiyanarsi bildirib. Kaim.az

:

İran
 

repressiyalar
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar