Top.Mail.Ru
GÜNDƏM

İranda hökuməti tənqid edən din xadiminin oğlu öldürüldü – FOTO

İranda hökuməti tənqid edən sünni din xadiminin öğlu öldürülüb.
Kaim.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Haalvsh.org yazır ki, İranın Xaş şəhərində yerləşən Əlxəlil məscidinin cümə imamı Mövlana Məhəmməd Osmanın 16 yaşlı oğlu Həmad Reyqi Kutəh Karvandər bölgəsində naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Xatırladaq ki, ötən il İranın Sistan-Bəlucistan vilayətində yaşayan sünni icmanın lideri Mövləvi Əbdülvahid Riqi də oğurlanaraq qətlə yetirilmişdi. O, hökuməti tənqid edən çıxışları ilə seçilirdi.Qeyd edək ki, İranda rejimi sərt şəkildə tənqid edənlərin müəmmalı şəkildə ölməsi, ailəsinə təzyiqlər edilməsi və ya həbsə atılması adi hala çevrilib. Kaim.az :

 

İran
 

Qətl
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar