Top.Mail.Ru
GÜNDƏM

İranda məcburi hicaba görə 300 nəfər həbs edilib

İran hökuməti məcburi hicabla bağlı “iffət və hicab” qanununun tətbiqi üçün repressiv metodlardan da istifadə edir. Bu zaman insanların həbs olunması da istisna deyil.
Kaim.az İran Polis təşkilatının sözçüsü Səid Müntəzir əl-Əhmədinin “Fars” agentliyinə verdiyi müsahibəyə istinadən xəbər verir ki, İranda aprelin 15-dən indiyədək 300-dən çox insan məkanlarda və təşkilatlarda məcburi hicaba riayət etmədiyinə görə həbs olunub. Səid Müntəzir əl-Əhmədinin dediyinə görə, “Məkan və təşkilatlarla bağlı “Müşahidəçi 2” planına əsasən indiyədək 108 211 məlumat daxil olub, 300 nəfər isə həbs edilib. Son iki ayda bir milyona yaxın “hicab açılması” SMS-i göndərilib. “Müşahidəçi 1” layihəsi çərçivısində nəqliyyat vasitələrinin xəbərdarlığı və saxlanması ilə bağlı, bu ilin aprel ayının 15-dən indiyədək 991 176 SMS daxil olub. Eyni dövrdə 133 min 147 nəfər ikinci dəfə “sistemli həbs” mesajı, 2 min nəfər də üçüncü dəfə “fiziki həbs” mesajı alıb. Nəhayət, dördüncü mərhələdə iş elektron qaydada məhkəmə orqanına göndərilir. İndiyədək dörd mindən çox iş məhkəmə mərkəzlərinə ötürülüb. Son aylarda məcburi hicabla bağlı həmkarlar ittifaqlarının möhürlənməsi ilə də bağlı bir neçə xəbər dərc olunub. Sonuncu dəfə isə “Fars” agentliyi iyunun 13-də Şirazdakı “Çamran” otelinin bir mərtəbəsinin möhürlənməsi ilə bağlı məlumat yayıb. Polis qüvvələrinin baş komandanı Əhmədrza məcburi hicabsız qadınları müəyyənləşdirmək üçün Radan “xüsusi proqramlar”ı çərçivəsində şəhərlərdə müşahidə kameraları və smart sistemlərdən istifadə olunacağı barədə aprelin 8-də xəbərdarlıq etmişdi. O, qadınların mesaj aldıqdan sonra eyni hərəkəti təkrarlayacağı halda onların işi məhkəməyə göndəriləcəyini də söyləmişdi. Amma polis qüvvələrinin məcburi hicaba qarşı çıxan qadın və qızlarla daha sərt davranmaq üçün yeni planı başlayandan sosial şəbəkələrdə dərc olunan görüntülər və xəbərlər xeyli sayda iranlı qadın və qız hələ də bu plana müqavimət göstərdiyini sübuta yetirir. Kaim.az

:

İran
 

hicab
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar