Top.Mail.Ru
GÜNDƏM

İranda Şah İsmayılın dəfn olunduğu şəhərdə Azərbaycan dili lüğəti HAZIRLANACAQ

İranın Mədəniyyət Naziri Abbas Salehi, Ərdəbildə həyata keçiriləcək “Azərbaycan dili lüğəti” layihəsini “qalıcı və möhtəşəm bir mədəniyyət işi” olaraq xarakterizə edib.

KAİM.Az xəbər verir ki, Abbas Salehi elmi mənbələrin potensialından istifadə edərək, Ərdəbildə Azərbaycan dili lüğətinin hazırlanmasına dəstək verəcəklərinidə qeyd edib.

Saytların yığılması Saytların yığılması

İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, nazir Salehi və Ərdəbil mədəniyyət mərkəzinin Baş direktoru Abdullah Bəhrul Ulumi ilə birlikdə “Azərbaycan dili lüğəti” layihəsi barədə müzakirələr aparıb.

Türkiyənin Səlçuk Universiteti Mövlana Araşdırma İnstitutunun direktoru Professor Əli Təmizəl mövzuya münasibətində qeyd edib ki, lüğətin Səfəvi Sultanı Şah İsmayılın ( türk divanına sahibdir )qəbrinin yerləşdiyi Ərdəbil şəhərində nəşr olunmasının azərbaycanlılar üçün xüsusi əhəmiyyəti mövcuddur.

Kənan Bahaduroğlu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir