Top.Mail.Ru
GÜNDƏM

İranın Mədəniyyət nazirliyi və digər “senzura vasitələri”nə qarşı boykot çağırışı

Bir qrup iranlı sənət adamı bütün sənət adamlarını, yazıçıları və mədəniyyət sahəsinə aidiyyəti olan digər şəxsləri İranın Mədəniyyət nazirliyini tanımamağa və ona qarşı durmalarına çağırıblar.
Kaim.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə dərc olunan İncəsənət/Mədəniyyət/Fəaliyyət mərkəzinin bəyanatında İranın bir sıra dövlət qurumlarının ifadə və yaşam azadlığının şərt şəkildə məhdudlaşdırdıqları qeyd olunur. “Bütün sənətçiləri, yazıçıları, naşirləri, İran film və şoularında iştirak edənləri mədəni monitorinq və nəzarət qurumlarını tanımamağa və senzura aparatlarının ədalətsiz gücünə qarşı durmağa çağırırıq. İfadə və yaşam azadlığı hüququnun geri alınması, bədii-intellektual yaradıcılığın illərlə mübarizə apardığı senzuradan azad edilməsi qadının, həyatın, azadlığın mütərəqqi hərəkatında özünü geniş və dərin şəkildə göstərdi. Bu hərəkatın ardınca İranın bədii ictimaiyyəti artıq İranın Mədəniyyət nazirliyi və Elm və Ali təhsil nazirliyinin təcavüzkar qurumlarının və digər repressiya və senzura qurumlarının nizam-intizamına tabe olmadığını nümayiş etdirdi”, – çağırışda vurğulanır. Mərkəzin üzvləri, həmçinin, bundan sonra heç bir qurumdan, xüsusən də dövlət qurumlarından heç bir bədii və intellektual əsər və aksiyalar, o cümlədən sərgilər təşkil etmək, kitab və jurnal nəşr etmək, film çəkmək və nümayiş etdirmək və sair üçün icazə almayacaqlarını açıqlayıblar. Kaim.az

:

İran
 

boykot
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar