Top.Mail.Ru
GÜNDƏM

İyunun 16-da Bakıda möhtəşəm rok konserti keçiriləcək

Türkiyənin sevilən məşhur rok qrupu “Dolu Kadehi Ters Tut” ilk dəfə Bakıda konsert verəcək.
“Madem”, “Yapma N`olursun”, “Gitme”, “Biraz Delisin” və digər məşhur ifaları ilə tanınan qrup azərbaycanlı pərəstişkarlarına fərqli musiqi performansı ilə unudulmaz və çılğın rok gecəsi yaşadacaq. Paytaxtımıza ilk dəfə gələn “Dolu Kadehi Ters Tut”un konserti “Elektra Events Hall”da baş tutacaq. ‘Events World’-un təşkilatçılığı ilə keçiriləcək rok konsertinin biletlərini “iTicket.az” saytından və şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik mall”, “28 mall”, “Park Bulvar” ticarət mərkəzlərindən əldə edə bilərsiniz. Qeyd edək ki, rok həvəskarları iyun ayının 5-dək “MADEM20” promokodu ilə bütün biletləri 20 faiz endirimlə ala bilərlər. Aygün Xankişiyeva Kaim.az :

 

Konsert
 

Bakı
 

Rok
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar