Top.Mail.Ru
GÜNDƏM

“Paşinyan, kişi ol!”

“Bu, bizim erməni mentalitetimizə qəti şəkildə ziddir, ölən əsgərin qohumuna, hətta onun əməli cinayət məsuliyyətinə cəlb olunsa belə, ona belə münasibət göstərmək düzgün deyil”.
Bunu ölən erməni əsgər Artur Asryanın atası Armen Asryan deyib. “Biz çox mühüm faktı qəbul etməliyik ki, o, iki ildən artıqdır ki, ürəyində itki ağrısı ilə yaşayır. Aşot Paşinyan, əgər kişisənsə, get ərizəni geri götür, kişi ol. Təsəvvür et ki, sənin anan oradadır, sən bu ağrını hiss edə bilməzsən, anan bu ağrıları hiss edə bilməz. Bu qadının hərəkətlərini anlamağa çalışmaq lazımdır, – deyə o bildirib. Mərhumun atası qeyd edib ki, 2020-2021-ci illərdə buna bənzər hallar çox olub, əsəbiləşən valideynlər yüksək vəzifəli məmurları, komandirləri döyüblər, amma heç kim məsuliyyətə cəlb olunmayıb, çünki hamı valideynlərin vəziyyətini başa düşürdü. “Bu cür davranış erməni kişisinə yaraşmaz. Dostlarınıza nə deyəcəksiniz? Deyəcəksən ki, oğlunu itirən qadına qarşı ifadə verdin ki, həbs olunsun? Və sən özünü kişi hesab edəcəksən? Ayıbdır, ay bala, ərizəni geri götür ki, lənətə düçar olmayasan ”,- deyib. Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir Nikol Paşinyanın oğlu Aşotu qaçırmaqda şübhəli bilinərək saxlanılıb. O, bunu təkzib edir və etiraz olaraq aclıq aksiyasına başlayıb. Mayın 20-də məhkəmə onu bir ay müddətinə həbs edib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, lakin hələlik aclıq aksiyasını davam etdirmək qərarına gəlib. Ermənistanda əsgər valideyinləri oturaq aksiya keçirir Şahanə Rəhimli Kaim.az

:

 

Paşinyan
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar