Top.Mail.Ru
GÜNDƏM

Rəşt-Astara dəmir yolu dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR

“Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq”.

Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.

Saytların yığılması Saytların yığılması

“Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik”, – o bildirib.

Əfəndizadə onu da qeyd edib ki, Rəşt – Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.

Xatırladaq ki, sözügedən layihə Şimal – Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. (Oxu.az)

Bənzər yazılar