Top.Mail.Ru
GÜNDƏM

Rusiyanın vurduğu “Episentr”də dəhşət – ölənlərin sayı bilinmir

Raket zərbələri Xarkovdakı hipermarketin boya və lak materiallar bölməsinə düşüb və bu, dərhal güclü yanğına səbəb olub

Xəbər verildiyi kimi, mayın 26-da Rusiya ordusu Xarkovda “Episentr” hipermarketini raketlərlə  vurub. Hazırda 16 nəfərin öldüyü  məlumdur. Daha 43 nəfər yaralanıb, 10-dan çox  adam  itkin düşüb. Şəhər hakimiyyəti hücum zamanı hipermarketdə 200-ə yaxın insanın olduğunu bildirib. Regional prokurorluq nümayəndəsinin sözlərinə görə, ruslar “Episentr”i vurmaq üçün UMPB D-30 idarə olunan aviabombalardan istifadə ediblər.

Raket zərbələri hipermarketdə  boya və lak materialları  bölməsinə düşüb və bu, dərhal güclü yanğına səbəb olub.

Saytların yığılması Saytların yığılması

Musavat.com xəbər verir ki, ukraynalı jurnalist və yazıçı Anna Gin bildirib ki, hipermaketin  yerləşdiyi ərazidə yaşayır.

“Pəncərələrdən hamımız qara tüstü gördük.  Bura  nəhəng şöbələri olan hipermarketdir: çilçıraqlar, mebellər, ofis ləvazimatları satılır. Bu, Xarkov sakinlərinin ən çox alış-veriş etdiyi mağazalarından biridir, çünki eviniz üçün hər şeyi bir yerdə ala bilərsiniz. Ona görə də orada həmişə çox insan olur. Nə qədər insanın itkin düşdüyü bəlli deyil. Raket zərbəsindən sonra   dəhşətli yanğın  olduğundan ölənlərin sayı artacaq. Bir saat sonra daha bir raket Mərkəzi Parka düşüb. Bura həm də Xarkov sakinlərinin, xüsusən də həftə sonları sevimli yerdir. Orada ailələr və uşaqlar var idi.  Aydındır ki, bu, əhalinin  sıx olduğu  ərazilərə hədəflənmiş hücumdur. Əgər bizi bir daha qorxutmağa çalışırdılarsa, bu gün buna nail oldular. Bir çoxları sadəcə mağazaya paltaryuyan toz almaq üçün getdikləri üçün artıq aramızda deyillər”, – deyə jurnalist bildirib.

Ukrayna prezidenti Vlodimir Zelenski Xarkovdan raket hücumundan sonra dünya liderlərinə müraciət ünvanlayıb. Ukrayna prezidenti raket zərbələrini “Rusiya dəliliyinin növbəti təzahürü” adlandırıb, çünki “yalnız Putin kimi dəlilər insanları bu qədər alçaq şəkildə öldürməyə və terror etməyə qadirdir. Onlar üçün yandırma xoşdur. Rusiyaya müharibə ilə can yandırmağı, şəhər və kəndləri dağıtmağı, xalqları parçalamağı və milli sərhədləri silməyi normaya çevirmək istəyən insanlar rəhbərlik edir”, – deyə o bildirib.

Bənzər yazılar