Top.Mail.Ru
GÜNDƏM

Səfir Riaz Şeyk: “Kanadanın Kiyev mövqeyi bizi şoka salıb”

“Kanada Ukraynadakı münaqişənin sülh yolu ilə həllini təşviq etməlidir. Lakin bunun əksinə olaraq Ottava müvafiq danışıqlara qarşı çıxır ki, bu da şokedicidir”.
Kaim.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Kanadadakı səfiri Riaz Şeyk Toronto Sun-a müsahibəsində deyib. Diplomat Kanadanın sərgilədiyi mövqeyə görə hazırda çaşqınlıq içində olduğunu gizlətməyib. – Təsəvvür edin ki, Ukraynaya dair Kanada ilə dialoq apara bilməməyimiz bizi necə şoka salır, – səfir gileylənib. O, həmçinin vurğulayıb ki, dünya ictimaiyyəti münaqişəyə son qoymaq üçün lazım olan hər potensiala malikdir. Lakin beynəlxalq aləm qətiyyən buna səy göstərmir. Şeyk onu da vurğulayıb ki, Ukrayna münaqişəsinin hərbi yolla həlli qeyri-real görünür. Eyni zamanda, o belə hesab edir ki, heç bir ilkin şərt qoyulmadan danışıqlar masasına oturmaq lazımdır.Qeyd edək ki, Kanada İkinci Qarbağ müharibəsi zamanı da anormal mövqeyi ilə gündəmə gəlmişdi. Ottavanın məşhur “Telemus Sistemleri Inc.” şirkəti Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə əlaqədar Türkiyəyə embarqo tətbiq etmişdi. Lakin çox keçmədi ki, şirkət müflis oldu. Tural Tağıyev Kaim.az :

 

Ukrayna
 

Kanada
 

Səfir
 

Münaqişə
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar