Top.Mail.Ru
GÜNDƏM

Şok: Gürcüstanda “üçüncü dövlət”in yaranması prosesi gedir

Ermənistan son vaxtlar Gürcüstan daxilində separatçı fəaliyyətini genişləndirib. Artıq Cavaxetiyadakı ermənilərə “müstəqillik” çağırışlarına başlanılıb.

Axar.az xəbər verir ki, bu işdə onlara Qarabağdakı erməni separatçıları dəstək verirlər. Belə ki, az öncə Qarabağ separatçılarının məşhur hüquq müdafiəçisi Karen Ohancanyan sosial şəbəkə hesabından “Cavaxetiyanın müstəqilliyinin elan edilməsi vaxtının” gəldiyini elan etmiş və ermənilərə çağırış etmişdi.

Saytların yığılması Saytların yığılması

Bu işdə Cavaxetiyada fəaliyyət göstərən QHT-lər də böyük canfəşanlıqları ilə seçilməyə başlayıb. Bu təşkilatların əksəriyyəti Ermənistanla müxtəlif əlaqələrə sahib olan QHT-lərdir. Məhz bu təşkilatlar sayəsində ermənilər son günlər Gürcüstanda müxtəlif etiraz aksiyaları keçirib və hətta bir sıra mühüm yollar bağlanıb.

Bu təşkilatların aktivliyində başqa önəmli məqam isə onların Qarabağa döyüşçü göndərmək üçün apardığı çalışmalardır. Bu işdə özəlliklə bir zamanlar Gürcüstan tərəfindən həbs edilən və sonradan Ermənistana deportasiya olunan Vaaqn Çaxalyanın Cavaxetiyadakı adamları seçilir. Çaxalyanın bu adamları İrəvan hökumətinin xahişi ilə təşkilatlandırdığı bildirilir.

Gürcüstandan Qarabağa ermənilərin göndərilməsi faktı Cavaxetiyadakı erməni aktivist Vahram Minasyan tərəfindən də təsdiqlənib. Minasyan Qarabağa “yüzlərlə” erməninin göndərildiyini açıqlayıb. Onların Ahalkələkdən (Axalkalaki) olan ermənilər olduğu vurğulanıb.

Bəzi mənbələr İrəvanın bu şəxsləri Qarabağa göndərməsində əsas məqsədinin onların hərbi hazırlıq keçməsi və döyüş təcrübəsi qazanması olduğunu vurğulayır. Qeyd edilir ki, ermənilər Cavaxetiyanın Gürcüstandan ayrılmasına nail olmaq üçün bütün siyasi-maliyyə təşkilatlanmasını tamamlayıblar, indi isə peşəkar silahlı dəstələr yaratmağa girişiblər.

Bu iddianı doğruldan başqa məqam Axalkalakinin məhz Rusiyanın Gürcüstandakı keçmiş bazasının yerləşdiyi məkan olması və Cavaxetiya ermənilərinin əksər hissəsinin eyni anda Ermənistanla bərabər, Rusiya vətəndaşlığı daşımasıdır.

Qeyd edək ki, Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Cənubi Osetiya və Abxaziyada yaşayanlar da ikili vətəndaşlıq daşıyırlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir