Top.Mail.Ru
bannerGÜNDƏM

TƏCİLİ!Polis Ermənistanın Rusiyadakı səfirliyini mühasirəyə aldı – VİDEO

Rusiya hüquq-mühafizə orqanları Ermənistanın Moskvadakı səfirliyini təhlükəsizlik tədbirləri ilə bağlı mühasirəyə alıb.
KAİM.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.
Qeyd edək ki, yanvarın 11-də Rusiya Erməniləri İttifaqı səfirlik qabağında Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlara getməsinə qarşı imzatoplama kampaniyası təşkil edib. Hazırda səfirlik qarşısında çoxsaylı erməni etirazçılar var. Bununla belə, N.Paşinyan artıq Moskvadadır. O, üçtərəfli danışıqlar üçün Kremlə yola düşüb.
Xatırladaq ki, bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzaladığı Dağlıq Qarabağ üzrə Bəyanatın reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.”Report”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir