Top.Mail.Ru
GÜNDƏM

Tehran İncəsənət universitetində məcburi hicab cəzası

İranda məcburi hicabı nəzərdə tutan “iffət və hicab” qanununun cəmiyyətə zorla qəbul etdirilməsi üçün teokratik rejim ən radikal addımlara əl atır. Bunun üçün hətta tələbələrin təhsil aldıqları ali məktəblərə girişi də qadağan edilir.
Kaim.az İranın Tələbə Həmkarlar İttifaqı şuralarının məlumatına istinadən bildirir ki, Tehran İncəsənət universitetinin idarəçiləri “tam İslami geyimə riayət etməmək” bəhanəsi ilə 40 tələbə qızın universitetə daxil olmasına müvəqqəti qadağa qoyublar. – 40-a yaxın tələbənin universitetə uyğun olmayan geyimlə gəlməsi bəhanəsindən sonra bu dəfə və yeni tədbirlə həmin tələbələrin mühafizəsi şərti olaraq dayandırılıb. Bu isə o deməkdir ki, tələbələr universitetə yenidən hicabsız gələrsə, onların fəaliyyətini dayandırma əmri icra olunacaq. Tələbələrin girişinə qadağa qoyulması və geniş şəkildə fəaliyyətlərinin dayandırılması tamamilə qanuna zidd bir prosesdə həyata keçirilib”, – məlumatda deyilir. Eyni zamanda İncəsənət Universiteti tərəfindən tələbələrə hicabın zəruriliyi barədə SMS-də göndərilib. “Hörmətli tələbə, 17 iyun 2023-cü il şənbə günündən etibarən universitetə daxil olmaq yalnız iştirak etikası çərçivəsində, geyimə düzgün riayət edən bacılar üçün mümkündür” – SMS göndərişdə bildirilir. Maraqlıdır ki, son on ildə İncəsənət universitetində bir neçə dəfə “tələbələrin məcburi geyimi” ilə bağlı geniş tədbirlər həyata keçirilsə də, tələbələrin müqaviməti bu cəhdləri iflasa uğradıb. Kaim.az :

İran
 

hicab
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar