Top.Mail.Ru
GÜNDƏM

Xameneyinin qarşısında hicab qaydalarına riayət etmədi – FOTOLAR

“Azad İran” Telegram kanalının yaydığı məlumata görə, hicabla bağlı qızlara və qadınlara divan tutan molla rejiminin başçısı Xameneyinin Tehran Kitab Sərgisində hicaba tam riayət etməyən gənc qızla yayılan fotosu cəmiyyətdə və sosial media istifadəçiləri arasında birmənali qarşılanmayıb. Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra ölkəni kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, qadınlar tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Bir neçə aydır ki, İranda qadınlar rejimin sərt qayda-qanunları və hicabla bağlı tələblərinə müxtəlif formada etirazlar edirlər. Son günlərdə artan dinc, mədəni etiraz formalarından biri isə hicabın çıxarılmasıdır. Artıq İranın müxtəlif bölgələrində qadınlar azad geyimdə gəzir və molla rejimi nə qədər çalışsa da, bunun qarşısını ala bilmir. Sosial şəbəkələrdə isə sərbəst geyimdə olan qadınların foto və videoları artmaqdadır. Kaim.az :

 

İran
 

Xameneyi
 

Hicab
 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar