Hadisə
11 yaşlı Rasimdən xəbər var: Kanala…
![](https://kaim.az/wp-content/uploads/2024/02/c5713d8f5c9711eec5f795135f0367be-780x470.jpg)
İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.
KAİM.az report-a istinadən xəbər verir ki, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.
Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
Bəzi iddialara görə isə o, İran polisləri tərəfindən saxlanılıb.