Hadisə
9 yaşlı uşaq 7 metr dərlinliyi olan su anbarına düşdü (VİDEO)
Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfər su anbarına düşərək, təhlükəli vəziyyətdə qalıb.
KAİM.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.